Hörmətli abunəçi!
Əgər Siz rabitə və kommunal borclarınızı internet vasitəsilə öyrənmək və bankomat kartlarından ödəmək istəyirsinizsə (o cümlədən Azəri QAZ Smart kartınıza pulun yüklənməsi üçün), onlayn ödəmə linkinə daxil olun. Onlayn ödəmə əməliyatlarından heç bir əlavə haqq tutulmur. Borc ödənildikdən sonra bağlı olan telefon 30 dəqiqə ərzində avtomatik açılır (BTRİB, TRANSEVROKOM və Aztelekom abunəçiləri üçün). ULTEL VƏ KATEL abunəçiləri yalnız kommunal borclarını ödəyə bilərlər!
“İTRON” tipli Azəri Qaz Smartkart oxuyucu qurgusunu Azdatacom internet abunəçiləri MHM-dən ala bilərlər (qiyməti 22 manatdır) Azdatacom internet haqqını ilin sonuna qədər əvvəlcədən ödəyən abunəçilərə “İTRON” tipli Azəri Qaz Smart oxuyucu qurgusu hədiyyə edilir! (bu kampaniya 31.05.2013-cu il tarixinə qədər qüvvədədir).
Eyni zamanda Siz borcunuzu nəğd pul vasitəsi ilə “paypoint” ödəmə terminallarda ödəyə bilərsiniz. Ödəmə terminalların ünvanları burada yerləşir!
Danışıqların açıqlamalarına internet vasitəsilə baxmaq istəyirsinizsə “Qəbzləri internetlə almaq” linkində telefon nömrənizi qeydiyyatdan keçirməlisiniz. Xidmət pulsuzdur! Əlavə sual yaranarsa həftənin iş günləri saat 09:00–18:00 – dək 565-18-30 saylı telefona müraciət edə bilərsiniz.